15:14 22-09-2021
news_image
124
FUTBOL

“Neftçi”yə dərs keçdi - AFFA rəsmisi

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin klubları ziyarət etmək ənənəsi davam edir.

Apasport.az saytının məlumatına görə, avstriyalı sabiq hakim bu dəfə “Neftçi”yə baş çəkib.

Bu gün “Neftçi”nin inzibati binasında onun iştirakı ilə əsas komandanın məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Tədbirdə bakılıların üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqda məlumat verilib.