23:25 22-09-2021
news_image
117
FUTBOL

“Barselona”ya lazım deyil – Pirlo

“Yuventus”un sabiq futbolçusu Andrea Pirlo “Barselona”nı çalışdırmayacaq.

Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, italiyalı mütəxəssisin adı kataloniyalılarla birgə hallansa da, prezident Joan Laporta bu keçiddə maraqlı deyil. Ancaq Ronal Kumanın istefaya göndərilmə məsələsi aktuallığını qoruyur. Onun yerinə əsas namizədlər isə Filipp Koku, Antonio Konte və Xavidir.

Qeyd edək ki, Andrea Pirlo ötən mövsümün sonunda “Yuventus”dan ayrılıb.