16:20 22-09-2021
news_image
214
FUTBOL

“Neftçi”yə məğlubiyyətin qurbanı - yeni transfer əvəzedici heyətdə

Azərbaycan çempionatının I divizionunda II turun “Keşlə-2” – “Sabah-2” oyununun heyətləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, meydan sahibləri ilk turda olduğu kimi, yenə əsas komandanın bəzi üzvlərinin xidmətindən yararlanacaq.

Qırmızı vərəqə üzündən cəzalı durumda olan Anatole Abanq və Şəhriyar Əliyev gününü aşağı dəstədə keçirməkdə davam edir. Onlar ilk turda da ikinci komandada oynamışdı.

Onlara klubun yeni transferi Sadio Tounkara da qoşulub. Dəfələrlə Azərbaycandan gedib-qayıdan malili “Keşlə”yə dönüşünü divizionda rəsmiləşdirəcək. Rafael Məhərrəmli də aşağı dəstədə oynayacaq.

Ehtiyatda isə Omar Qudiabi yer alıb. Premyer Liqada “Neftçi” (0:3) ilə matçdakı zəif çıxışı səbəbindən əvəzedici heyətə göndərilən Omar sonradan meydana çıxmaq imkanına malikdir.

Qeyd edək ki, oyun saat 17:30-da başlayacaq.