17:18 22-09-2021
news_image
98
FUTBOL

Qəzaya düşdü - “Yuventus”un futbolçusu

İtaliyanın “Yuventus” klubunun futbolçusu Artur yol nəqliyyat hadisəsinin iştirakçısı olub.

Apasport.az saytının məlumatına görə, hadisə bu gün Turin şəhərində baş verib.

25 yaşlı yarımmüdafiəçinin idarə etdiyi “Ferrari” digər avtomobillə toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb. Braziliyalı qəzadan dərhal sonra müayinə olunmaq üçün tibb məntəqəsinə yollanıb.

Qeyd edək ki, Artur hazırda zədədən sonrakı bərpa prosesini keçir.