09:40 23-09-2021
news_image
106
FUTBOL

“Böyük beşlik”də rekord - Benzemadan

“Real”ın futbolçusu Kərim Benzema İspaniya La Liqasının VI turunun “Malyorka” ilə oyununda (6:1) iki qol və iki məhsuldar ötürməyə imza atıb.

Apasport.az saytının məlumatına görə, fransalı hücumçu bununla da ilk 6 turdan sonra qol və assistlərin cəmindəki xal sayını 15-ə çatdırıb.

Benzema 8 qol vurub və 7 dəfə komanda yoldaşlarının fərqlənməsinə imkan yaradıb. Bu, “böyük beşlik” liqaları üçün XXI əsrin rekordudur. Qitənin ən güclü 5 çempionatında heç bir futbolçu startdakı 6 matçda 15 xal toplamayıb.