11:26 23-09-2021
news_image
92
FUTBOL

34 ilin ən məhsuldar startı – La Liqada

İspaniyanın “Real” klubu son 34 ildə özünün ən məhsuldar startına imza atıb.

Apasport.az saytının məlumatına görə, Karlo Ançelottinin yetirmələri ilk 6 turda 21 qol vurub.

Madridlilərin belə məhsuldarlığına sonuncu dəfə 1987/88 mövsümündə təsadüf olunub. Həmin vaxt komanda 26 qola imza atıb.

Qeyd edək ki, “Real” son matçında “Malyorka”ya 6:1 hesabı ilə qalib gəlib.