11:53 23-09-2021
news_image
193
FUTBOL

Futbolçuların mükafatını kəsir – “Neftçi” rəhbərliyi

“Neftçi”də mükafatlandırma sistemi dəyişdiriləcək.

Apasport.az xəbər verir ki, bu, rəhbərliyin qərarıdır.

Məqsəd mükafat fondunu optimallaşdırmaqla yanaşı, qarşıya qoyulan hədəfə çatmaq yolunda futbolçuları stimullaşdırmaq cəhdidir. Yeni sistemin mahiyyətinə gəlincə, rəhbərlik daha hər oyuna görə uduş təyin etmək niyyətində deyil.

Mükafatlandırmanın xal hesabına görə aparılması nəzərdə tutulur. Komanda bu pulu 3-4 oyundan bir alacaq. Bu matçlarda maksimum xal toplanarsa, məbləğ tam şəkildə ödəniləcək. Həmin qarşılaşmaların birində məğlubiyyət, yaxud heç-heçə qeydə alınsa, “ənam”ın rəqəmi iki dəfə aşağı düşəcək. Sportinfo.az

Qeyd edək ki, “Neftçi” Premyer Liqada 4 turdan sonra 7 xalla 3-cü pillədə qərarlaşır.