12:02 23-09-2021
news_image
89
FUTBOL

Oyunlarının vaxtı açıqlandı - millimizin

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların başlama vaxtı məlum olub.

Apasport.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yığmamız noyabrın 12-də Avstriya, 16-da Norveçlə “Bakcell Arena”da üz-üzə gələcək. Hər iki görüş saat 20:00-da başlayacaq.