22:08 23-09-2021
news_image
582
FUTBOL

“Messini çiyninə qoymalısan” – sabiq PSJ-li Poçettinonu qınadı

PSJ-nin sabiq futbolçusu Jerom Roten Fransa çempionatının VI turunda “Lion”la (2:1) görüşün ikinci hissəsində Lionel Messinin əvəzlənməsinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, fransalı keçmiş yarımmüdafiəçi parislilərin argentinalı baş məşqçisi Maurisio Poçettinonun yanlış addıma əl atdığını düşünür.

43 yaşlı mütəxəssisin fikrincə, Messi kimi ulduzları əvəzləməməlisən: “Poçettinonun Messini əvəzləməsini yersiz hərəkət sayıram. Əvvəlki baş məşqçi komandada ulduzlarla heç vaxt belə rəftar etmirdi. Bura gəldikdən sonra Neymar və Mbappe zəif oynayanda belə, onları həmişə meydanda saxlayırdı. Di Mariya, Paredes, İkardi kimi digər oyunçulardan fərqli onları həmişə müdafiə edirdi. Daha sonra status və səviyyə baxımından Neymar və Mbappedən çox üstün olan Lionel Messi gəldi. Ən yaxşı oyunçunuzu çiyninizə qoyacaqsınız. Bu cür hadisələr iz buraxır. Bu görüntü qorxuncdur. Poçettino ciddi səhv etdi”.

Qeyd edək ki, “Lion”la matçın 76-cı dəqiqəsində Messinin əvəzinə Əşrəf Hakimi meydana daxil olub.