22:43 23-09-2021
news_image
123
FUTBOL

Yeni müqavilə təklifini rədd etdi – ulduz futbolçu

“Arsenal”ın hücumçusu Aleksander Lakazett mövsümün sonunda komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı forvard londonlularla müqaviləni yeniləmək fikrində deyil.

Fransa millisinin üzvünə yeni saziş təklif olunsa da, danışıqlar uğursuz nəticələnib. Çünki ulduz futbolçu Premyer Liqa təmsilçisini tərk etməkdə maraqlıdır. O, mövsümün sonunda azad agent kimi “Atletiko”ya keçə bilər.

Qeyd edək ki, Aleksander Lakazett 2017-ci ildən “Arsenal”ın formasını geyinir.