00:02 24-09-2021
news_image
129
FUTBOL

“Çelsi”nin hədəfində - de Liqt

“Yuventus”un futbolçusu Mattiys de Liqt karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Çelsi”nin transfer siyahısında yer alıb.

London klubunun üç müdafiəçisi ilə müqaviləsi gələn yay başa çatır. Bunlar Tyaqo Silva, Andreas Kristensen və Antonio Rudigerdir.

“Çelsi” onlardan hər hansı biri ilə müqavilənin uzadıla bilməməsi variantını da diqqətdə saxlayır. Bu üzdən niderlandlı futbolçu klub rəhbərliyinin gündəmindədir.

Qeyd edək ki, Mattiysin müqaviləsində klubdan ayrılması üçün ödəniləcək məbləğ kimi 150 milyon avro göstərilib.