15:41 23-09-2021
news_image
133
FUTBOL

“Səbail” və “Qəbələ”ni cəzalandırdı – AFFA

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının IV turunun oyunlarında baş verənlər müzakirə olunub.

Komitə üzvləri müvafiq qərarlar çıxarlıb.

Cəzalar yalnız “Qəbələ” – “Səbail” oyununa şamil edilib. Görüş gec başlandığı üçün meydan sahibi 3200 manat cərimələnib. 4 futbolçusu sarı vərəqə alan “Qəbələ” də 800 manat cərimə ödəyəcək.

Bundan başqa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Səbail”in futbolçusu Ədilxan Qarəhmədov 1 oyun cəzalanıb, klub daha 200 manat cərimə edilib.