13:17 23-09-2021
news_image
201
FUTBOL

İrlandlara qiymət qoydu - AFFA

İrlandiyalı azarkeşlər DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla səfər oyununa yollana biləcək.

Apasport.az xəbər verir ki, bu barədə İrlandiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, AFFA oktyabrın 9-da Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma üçün irlandlara biletləri 1 avrodan satacaq. Hətta bəzi fanatlar VİP yerlərinə bilet də alıb. İrlandlar stadionun mərkəzindəki tribunalarda oturmaq üçün 7,5 avro xərcə düşüblər.

Qeyd edək ki, Azərbaycan – İrlandiya görüşünün biletləri sentyabrın 20-dən satışa çıxarılıb. Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 manatdır.