13:43 23-09-2021
news_image
303
FUTBOL

Həm yerli, həm əcnəbi “11-liy”i – “Neftçi”nin

Azərbaycan Premyer Liqasının arxada qalan 4 turunda ən çox futbolçudan yararlanan klub bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu göstəricidə lider “Neftçi”dir.

Son çempion 4 oyunda 22 futbolçudan istifadə edib. Samir Abasov həm də daha çox – 11 legionerdən yararlanan baş məşqçidir. Bakılılar həm əcnəbi, həm yerlilərdən ibarət “11-liy”ə şans verib.

Ən az oyunçusu olanlar isə çempionatın əks qütblərində qərarlaşan komandalardır. Lider “Qəbələ” və autsayder “Keşlə”nin hərəsində cəmi 17 oyunçu meydana çıxıb.

Sonuncular həm də yerli futbolçu sarıdan korluq çəkir. Paytaxt təmsilçisi cəmi 10 azərbaycanlı futbolçuya güvənib.

“Səbail”lə “Sumqayıt”da isə yerlilər daha çoxdur. Bu komandalar hərəyə 16 azərbaycanlı oyunçuya güvənib.

Qeyd edək ki, 4 turun 16 oyununda 152 futbolçu şans qazanıb. Onlardan 98-i yerli, 54-ü legionerdir. Coşqun Diniyev isə artıq iki komandada forma geyinməyə imkan tapıb.

Klub

Cəmi

Yerli

Əcnəbi

Neftçi

22

11

11

Səbail

20

16

4

Sabah

20

11

9

Qarabağ

20

12

8

Zirə

19

12

7

Sumqayıt

18

16

2

Qəbələ

17

11

6

Keşlə

17

10

7