14:39 23-09-2021
news_image
94
FUTBOL

Antirekorda iki addımı qaldı – “Yuventus”un

“Yuventus” İtaliya A seriyasının V turunun “Spetsiya” ilə oyununda 3:2 hesabı ilə qalib gəlsə də, yenə qapısından qol buraxıb.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi ardıcıl qol buraxdığı çempionat matçlarının sayını 19-a çatdırıb.

Bununla da Massimiliano Alleqrinin yetirmələri klub tarixinin antirekorduna yaxınlaşıb. Belə ki, komanda yalnız bir dəfə daha uzun müddət qol buraxmaqda uzun seriyaya imza atıb.

1955-ci ildə “Yuventus” 21 matçda qapısında qol görüb. Hazırda komandanı bu antirekorddan iki oyun ayırır.

Qeyd edək ki, turinlilər növbəti turda “Sampdoriya” ilə üz-üzə gələcək.