15:42 23-09-2021
news_image
133
FUTBOL

Polisin gecikməsi, geyimdəki qüsur, oyunun yubanması... – çempionatımızda qəribə cəzalar

AFFA-da I divizionda baş verənlərlə bağlı iclas keçirilib.

Apasport.az saytının məlumatına görə, İntizam Komitəsi II turda yaşananlara hüquqi qiymət verib. 

MOİK – “Səbail-2” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunub. Matç öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün MOİK daha 40 manat cərimələnib.

“Keşlə-2” – “Sabah-2” görüşü hər iki klub oyunçularının geyimlərindəki qüsurlara görə gec başlandığı üçün hərəsi 80 manat ziyana düşüb.

“Kəpəz”lə ev oyununda 7 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qaradağ Lökbatan” 80 manat cərimə olunub. Qarşılaşma gec başlandığı üçün meydan sahibi klub daha 160 manat cərimələnib.

“Zaqatala” ilə səfər matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Turan Tovuz” 80 manat ödəyəcək.