16:36 23-09-2021
news_image
104
FUTBOL

Çin klubundan ayrılacaq – Kannavaro

Fabio Kannavaro Çinin “Quançjou Everqrand” klubundan ayrılacaq.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssislə klub arasında müqaviləyə qarşılıqlı razılıqla xitam veriləcək.

Tərəflər bununla bağlı razılıq əldə edib. Buna səbəb Çin təmsilçisinin ciddi maliyyə çətinlikləri yaşamasıdır. Klubun sahibi “China Evergrande Group”dakı çətinliklər futbol komandasına da təsirsiz qalmayıb.

Bu problemlərə baxmayaraq, “Quançjou Everqrand” çempionatda mübarizəni davam etdirəcək. 14 turdan sonra ikinci sırada olan komanda liderdən cəmi 3 xal geri qalır.