16:55 23-09-2021
news_image
107
FUTBOL

“Barselona”nın baş məşqçi postuna daha bir namizəd - Anri

“Barselona”nın baş məşqçisi postuna daha bir namizədin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu, İspaniya nəhənginin sabiq futbolçusu Tyerri Anridir.

Hazırda Belçika millisində baş məşqçinin köməkçisi olan fransalı La Liqa klubunda Ronald Kumanı əvəzləyə bilər. Niderlandlı mütəxəssisi istefaya göndərməyi planlaşdıran Kataloniya təmsilçisi Anrinin də namizədliyini nəzərdən keçirir.

Anri 2017-ci ildə də “Barselona”nın “sükanı arxası”na keçməyə namizəd olub. Lakin həmin vaxt üstünlük Ernesto Valverdeyə verilib.

Qeyd edək ki, Belçika millisinin baş məşqçisi Roberto Martines də “Barselona”nın namizədləri siyahısındadır.