17:48 23-09-2021
news_image
335
FUTBOL

Türkiyə karyerası qısa çəkə bilər - Özilin

“Fənərbaxça”nın yarımmüdafiəçisi Məsut Özilin Türkiyə karyerası qısa çəkə bilər.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinə ilin əvvəlində keçən Almaniya millisinin sabiq üzvünün ABŞ-a köçmək variantı yaranıb.

Çünki MLS-də iştirak edən klublar onun xidmətində maraqlıdır. Konkret olaraq “Nyu York Red Bull” və “İnter Mayami” 33 yaşlı pleymeykeri heyətinə cəlb etməyə çalışır.

Qeyd edək ki, Özilin “Fənərbaxça” ilə 3 illik müqaviləsi var.