09:35 24-09-2021
news_image
91
FUTBOL

Alleqrinin rekordunu təkrarladı – Mourinyo

İtaliya A seriyasının V turu rekordla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, “Roma” öz meydanında “Udineze”ni məğlub edib.

1:0 hesablı qələbə paytaxt təmsilçisinin baş məşqçisi Joze Mourinyonun A seriyasında ardıcıl 41-ci məğlubiyyətsiz ev oyunu olub. O, Massimiliano Alleqrinin sahib olduğu A seriyasının rekordunu təkrarlayıb.

Qeyd edək ki, 2021-ci ilin mayından “Roma”nı çalışdıran Mourinyo 2008-10-cu illərdə “İnter”in “sükanı arxası”nda olub.