10:11 24-09-2021
news_image
308
FUTBOL

“Qarabağ”la “Neftçi” autsayderlərə qarşı – Premyer Liqada

Sabah Azərbaycan Premyer Liqasında V tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, turun oyunları iki günü əhatə edəcək.

İlk oyun günündə hər iki matç Bakıda baş tutacaq. Öncə çempionatın autsayderi “Keşlə” “Qarabağ”ı qəbul edəcək. Qurbanovların duelinə komandalar fərqli durumda çıxacaq. İlk xal üçün mübarizə aparan meydan sahibləri istefası gündəmdə olan Sənan Qurbanovu postunda saxlamaq üçün sensasiyaya imza atmalıdır. Liderliyə şərik olan Qurban Qurbanovun yetirmələri isə autsayderə mümkün qədər çox qol vurmağa çalışacaq.

Günə Bakı klublarının dueli ilə yekun vurulacaq. Çempionatın ortababları “Zirə”ylə “Səbail” növbəti qələbə üçün mübarizə aparacaq.

İkinci oyun günü paytaxt derbisi ilə başlayacaq. Son çempion “Neftçi” “Sabah”ın qonağı olacaq. Autsayderlər qrupunun daimi sakininə çevrilən meydan sahibləri favoritlərdən birini büdrətməklə sensasiya müəllifi olmağa can atacaq. Samir Abasovun komandası isə liderlərdən uzaq düşməmək üçün turu itkisiz keçməlidir.

Tura Sumqayıtda yekun vurulacaq. Eyniadlı komanda çempionatın lideri “Qəbələ”ni qəbul edəcək. Son iki turda xala həsrət qalan meydan sahibləri məğlubiyyətsiz irəliləyən rəqibi dayandırmağa cəhd edəcək. Qonaqlar isə gözlənilməz uğurlu startına davam etmək əzmindədir.

Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 1-3-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
V tur
25 sentyabr (şənbə)

17:00. “Keşlə” – “Qarabağ”
“ASK Arena” 

19:15. “Səbail” – “Zirə”
“ASCO Arena”

26 sentyabr (bazar)

17:00. “Sabah” – “Neftçi”
“Bank Respublika Arena”

19:15. “Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”

1

Qəbələ

4

3

1

0

11-3

10

2

Qarabağ

4

3

1

0

8-2

10

3

Neftçi

4

2

1

1

8-5

7

4

Səbail

4

2

0

2

2-8

6

5

Sumqayıt

4

2

0

2

4-3

6

6

Zirə

4

1

2

1

5-4

5

7

Sabah

4

0

1

3

1-6

1

8

Keşlə

4

0

0

4

1-9

0

Bombardirlər: Davit Volkov (“Zirə”), Ülvi İsgəndərov (“Qəbələ”), Filip Ozobiç (“Qarabağ”) - 3 qol