10:44 24-09-2021
news_image
93
FUTBOL

Yeni rekord – Mbappedən

Fransa Liqa1-də avqustun ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, PSJ-nin hücumçusu Kilian Mbappe bu ada layiq görülüb.

Ötən ayı yüksək səviyyədə keçirən gənc futbolçu bununla yeni rekorda da imza atıb. Çünki o, 6-cı dəfə Liqa1-in ən yaxşısı seçilib. Kiliana qədər rekord 5 dəfə ilə PSJ-nin sabiq hücumçusu Zlatan İbrahimoviçə məxsus olub.

Qeyd edək ki, 22 yaşlı Mbappe bu mövsüm bütün turnirlərdə keçirdiyi 8 oyunda 4 qol vurub, 4 assist edib.