22:16 24-09-2021
news_image
129
FUTBOL

İspaniya klubuna havayı keçir? - Lakazett

“Arsenal”ın hücumçusu Aleksandr Lakazett klubdan ayrılmaq üzrədir.

Apasport.az saytının məlumatına görə, fransalı forvardın, ümumiyyətlə, İngiltərəni tərk etməsi gözlənilir.

Çünki 30 yaşlı forvard “Barselona”nın maraq dairəsindədir. Maliyyə problemi yaşayan La Liqa təmsilçisi azad agent statusuna malik oyunçular axtarışındadır və Lakazett bu baxımdan onlar üçün şansdır. Kataloniyalılar mövsümün sonunda onu azad agent kimi heyətinə cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, Aleksandr Lakazettin “Arsenal”la müqavilə müddəti gələn ilin yayına qədərdir.