22:53 24-09-2021
news_image
93
FUTBOL

Futbolçusuna yeni müqavilə təklif edəcək – “Real”

“Real” yarımmüdafiəçisi Takefusa Kubonu birdəfəlik itirmək istəmir.

Apasport.az saytının məlumatına görə, “kral klubu” yaponiyalı oyunçuya yeni müqavilə təklif edəcək.

Hazırda icarə əsasında “Malyorka”da çıxış edən 20 yaşlı hücumameyilli oyunçunun cari mövsümdəki çıxışı madridlilərin ürəyincədir. Bu üzdən tezliklə onunla yeni müqavilənin detalları müzakirə olunacaq.

Qeyd edək ki, Takefusa Kubonun “Real”la sözləşmə müddəti 2023-cü ilin yayına qədərdir.