12:52 24-09-2021
news_image
226
FUTBOL

“Ən çox bu komandanı sevirəm” – Canni de Byazi

“A seriyasının bu mövsüm böyük üstünlüyü var. Çünki digərlərindən güclü olan hansısa komanda yoxdur”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliya mətbuatına açıqlama verən 65 yaşlı mütəxəssis A seriyası ilə bağlı fikirlərini səsləndirib. De Byazi bu mövsüm azarkeşlik etdiyi komandanın adını da açıqlayıb: “Milan” mənim ən çox sevdiyim komandadır. Xüsusən də, gənc komanda olduqları üçün. Stefano Piolini gördüyü uğurlu iş üçün təbrik etməliyik. Düşünürəm ki, hətta “Fiorentina” da avrokuboklara can ata bilər. “Atalanta” isə kiçik bir reallıqla hamıya nümunə oldu”.

Qeyd edək ki, Canni de Byazi İtaliyada 8 klub çalışdırsa da, onların heç biri nəhənglərdən olmayıb.