23:41 24-09-2021
news_image
124
FUTBOL

Halanda əvəzləyici tapıldı – İtaliyada

İtaliyanın “Yuventus” klubunun “Fiorentina”dan icarəyə götürdüyü Federiko Kyeza karyerasını Almaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı hücumameylli yarımmüdafiəçi Dortmund “Borussiya”sının maraq dairəsindədir.

Bundesliqa klubu Kyezaya Erlinq Halandın əvəzləyicisi gözü ilə baxır. Yayda komandadan gedəcəyi gözlənilən norveçlini italiyalı forvard əvəzləməlidir.

Qeyd edək ki, Kyeza ötən mövsümün 46 oyununda 15 qol vurub.