13:24 26-09-2021
news_image
312
FUTBOL

Azərbaycan Premyer Liqasında limitdəki gənclər – LAYİHƏ

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

İstənilən idman növündə təkcə bu günün uğurlu nəticələri deyil, sabah üçün qoyulan təməl də böyük önəm kəsb edir.

Apasport.az saytının məlumatına görə, idmanımızın sabahı isə bugünkü gənclərdir.

Yeniyetmə və gənc yaşlarında özlərindən böyüklərlə rəqabət aparan bu idmançılar daha da kamilləşir və gələcəkdə öz sahəsinin liderlərinə çevrilir. Təbii ki, bunun üçün münbit şərait də olmalıdır.

Gənclərin özünü göstərməsi üçün lazımi işlər görmək hər federasiyanın, hər klubun işidir. Bunun üçün futbolda da müəyyən addımlar atılıb. Belə addımın nə dərəcədə düzgün olub-olmaması ayrı mövzudur.

Artıq neçə illərdir ki, Premyer Liqada çıxış edən klublar gənclərə meydanda yer vermək kimi məcburiyyət qarşısındadır. Bu, həmin oyunçuların oyun praktikası qazanmasına, inkişaf etməsinə təkan vermək düşüncəsi ilə atılan addımdır.

Düzdür, bu addımın faydalı olub-olmaması, onların gələcəyinə necə təsir edəcəyini zaman göstərəcək. AFFA-nın mövcud qərarı meydanda gənclərə yer verməyə xidmət edir. Oyun praktikasını süni yolla qazanan futbolçuların inkişafı isə artıq özlərindən və klubundan asılıdır.

Əlbəttə, gənclərin oynaması üçün tətbiq edilən limitin müsbət və mənfi tərəfləri kifayət qədərdir. Bəzi belə oyunçular meydanda yer qazanmasından arxayınlaşaraq inkişafdan qala, hətta futbolçu kimi məhv ola bilər. Digərləri isə əksinə, bundan maksimum yararlanıb özlərini göstərə, karyerasında irəliləyişə nail olar.

Premyer Liqanın arxada qalan 4 turuna nəzər salsaq, limitə düşən 25 futbolçu meydana çıxıb. Təbii ki, onlar arasında meydanda olmağa layiqlisi də var, sırf yaşına görə güzəştdən yararlanan da.

İki klubda limitə düşənlərin sayı digərlərindən fərqlənir. “Sabah” hamıdan çox – 5 belə oyunçudan yararlanıb. Onlardan biri sonradan milliləşdirilən İldar Alekperovdur. “Qarabağ” isə cəmi 2 limitə düşənə şans verib. Digər 6 klubun hərəsində 3 futbolçu 2000-ci il və ya daha sonra anadan olanlardır.

Bu 25 gəncdən ikisi - İsmayıl Zülfüqarlı və Nicat Mehbalıyev bütün qarşılaşmaları əvəzolunmadan keçirib. Daha üç oyunçu 4 matçın hamısının iştirakçısıdır. Bunlar Ədilxan Qarəhmədov, Səbuhi Abdullazadə və Ramin Əhmədovdur.

Limitə düşənlərdən yalnız ikisi qol sevinci yaşayıb. Musa Qurbanlı dubla, İsmayıl Zülfüqarlı bir qola imza atıb. 

Yeganə gənc qapıçı Nicat Mehbalıyevdir. O, əvəzolunmadan keçirdiyi 4 turda 3 top buraxıb.

Ədilxan qırmızı vərəqə alan yeganə gənc futbolçudur. Yalnız Rüfət Əhmədov isə 2 sarı vərəqə alıb. Ümumilikdə limitə düşənlərin 12 sarı və 2 qırmızısı var.

Maraqlıdır ki, bu gənclərdən yalnız doqquzu Premyer Liqada bu mövsüm debüt edir. Digərləri isə daha öncə meydana çıxıb. Limitə düşənlərdən ən təcrübəlisi Şakir Seyidovdur. O, Premyer Liqada 40 oyun keçirib.

Limitə düşənlərdən ən gənci Samir Abdullayevdir. O, 18 yaşını bu il qeyd edib. Meydana çıxanlardan yeddisi 2002-ci, doqquzu 2001-ci, səkkizi 2000-ci il təvəllüdlüdür.

Gənclərə güvənməkdə rekordçu “Neftçi”dir. Son çempionun gəncləri 696 dəqiqə meydanda olub. “Qəbələ”də bu rəqəm 546-dır. 

klub

Futbolçu

oyun

dəqiqə

qol

sarı

qırmızı

Neftçi

İsmayıl Zülfüqarlı

4

360

1

1

0

Qəbələ

Nicat Mehbalıyev

4

360

-3

1

0

Səbail

Ədilxan Qarəhmədov

4

354

0

0

1

Sumqayıt

Səbuhi Abdullazadə

4

354

0

0

0

Zirə

Ramin Əhmədov

4

214

0

0

0

Keşlə

Elçin Mustafayev

3

270

0

1

0

Neftçi

Mert Çelik

3

270

0

1

0

Qarabağ

Musa Qurbanlı

3

225

2

0

0

Sabah

İldar Alekperov

3

162

0

1

0

Qarabağ

Toral Bayramov

3

135

0

0

0

Sumqayıt

Rüfət Abdullazadə

3

58

0

1

0

Sabah

Veysəl Rzayev

3

27

0

0

0

Keşlə

Turan Vəlizadə

2

180

0

1

0

Qəbələ

Rüfət Əhmədov

2

177

0

2

0

Sabah

Şakir Seyidov

2

147

0

1

0

Zirə

Cəlal Hüseynov

2

113

0

1

0

Sabah

Camal Cəfərov

2

62

0

0

0

Zirə

Rauf Hüseynll

2

50

0

0

0

Səbail

Elmir Tağıyev

2

15

0

0

0

Qəbələ

Emil Səfərov

2

9

0

1

0

Neftçi

Vüsal Əsgərov

1

66

0

0

0

Sabah

Rustam Samiqullin

1

26

0

0

0

Keşlə

Samir Abdullayev

1

19

0

0

0

Sumqayıt

Xəzər Mahmudov

1

16

0

0

0

Səbail

Elton Əlibəyli

1

1

0

0

0

Vüqar Xeyrullayev

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur