12:57 24-09-2021
news_image
204
FUTBOL

Polşanın IV liqa klubuna keçdi – yığmamızın sabiq futbolçusu

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış etmiş Elvin Dəmirov legioner həyatı yaşayacaq.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı müdafiəçi karyerasını Polşada davam etdirəcək.

Bu il “Kəpəz”dən ayrılan Dəmirov Polşanın IV liqa klubu “Yaroslav”la anlaşıb. Eyniadlı şəhər təmsilçisi onunla müqavilə imzalayıb. Maraqlıdır ki, bir neçə gün əvvəl “Arlamov” klubu Elvinin keçidini açıqlayıb. Ancaq görünür, oyunçu sonradan fikrini dəyişib.

Qeyd edək ki, “Sumqayıt”ın yetirməsi olan Elvin Dəmirov Azərbaycanın U-17, U-19 və U-21 yığmalarının formasını geyinib.