12:36 26-09-2021
news_image
106
FUTBOL

“Real”ın arzusu - İtaliyada

İspaniyanın “Real” klubu Lorenso Pelleqrininin transferini reallaşdırmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi İtaliya “Roma”sının futbolçusunu 2022-ci ilin yayında heyətinə qatmağı planlaşdırır.

Yarımmüdafiəçi həmin vaxt başa çatacaq müqaviləsinin uzadılması barədə danışıqları yekunlaşdırmaq üzrə olsa da, hələ anlaşmanı imzalamayıb. Bu da “Real”a oyunçunu azad agent kimi sıralarına qatmaq imkanı verib. Madridlilər italiyalı futbolçunu məhz pulsuz ələ keçirmək arzusundadır.

Qeyd edək ki, Pelleqrini cari mövsümün 8 oyununda 6 qol vurub.