13:24 24-09-2021
news_image
87
FUTBOL

Consona 4 oyunluq cəza – paylaşımlara görə

İngiltərənin “Piterboro Yunayted” klubunun futbolçusu Conson Klark-Harris diskvalifikasiya olunub.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu 4 oyunluq cəza alıb.

O, həm də 6200 funt-sterlinq məbləğində cərimələnib. Conson təlim kurslarına da qatılmağa məcburdur. Buna futbolçunun 9 il əvvəl tvitterdəki paylaşımları səbəb olub.

İngiltərə Futbol Assosiasiyası forvardın 2012-ci və 2013-cü illərdəki paylaşımlarını araşdırıb. Bunların təhqiredici və nüfuza axmaq təsir edəcəyi müəyyənləşdirilib.

Qeyd edək ki, Conson cari mövsümün 8 oyununda 2 qol vurub.