15:10 24-09-2021
news_image
82
FUTBOL

“Mançester Yunayted”ə qarşı oynamayacaq – Beyli

İngiltərənin “Aston Villa” klubunun futbolçusu Leon Beyli zədələnib.

Apasport.az saytının məlumatına görə, bunu baş məşqçi Din Smit açıqlayıb.

O bildirib ki, yarımmüdafiəçi qarşıdakı görüşlərdə komandaya kömək edə bilməyəcək. 24 yaşlı futbolçu Premyer Liqanın V turunda xəsarət alıb.

Leon “Everton”la qarşılaşmada (3:0) aldığı zədə səbəbindən milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasiləyə qədər meydana çıxa bilməyəcək. O, sabah “Mançester Yunayted”ə qarşı forma geyinməyəcək.

Qeyd edək ki, yamaykalı cari mövsümün 3 oyununda 1 qol vurub.