11:53 26-09-2021
news_image
122
FUTBOL

“Milan” geri çağırır – yarımmüdafiəçisini

İtaliyanın “Milan” klubunun futbolçusu Yasin Adli qış “transfer pəncərəsi”ndə komandaya qoşula bilər.

Apasport.az saytının məlumatına görə, Fransa “Bordo”suna icarəyə verilən futbolçunun geri çağırılması planlaşdırılır.

Düzdür, “Bordo”dan alınan yarımmüdafiəçi 1 illik icarəyə verilib. Lakin Frank Kessyenin “Milan”dan getmək ehtimalı klub rəhbərliyini Yasini çağırmağa məcbur edir.