11:45 25-09-2021
news_image
70
FUTBOL

“Ronaldo 40 yaşına qədər oynaya bilər” – Sulşer

“Ronaldo 40 yaşına qədər indiki kimi oynaya bilər. Mən buna təəccüblənmərəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer deyib.

Norveçli mütəxəssis İngiltərə klubunun ulduz hücumçusu Kriştiano Ronaldonun fiziki hazırlığını qiymətləndirib: “Burada həlledici məqam onun özünə necə baxmasıdır. Üstəlik, genetika da burada sözünü deyir. O, məhz belə oyunçudur. Meydanda enerjisini son damcısına qədər istifadə edir, tam gücünü qoyur. O, öz fiziki durumuna görə alqışa layiqdir”.