12:34 25-09-2021
news_image
205
FUTBOL

“Qarabağ” Polşa çempionatında dominantlıq edərdi” – Mahir Emreli

“Qarabağ” Polşa çempionatında dominantlıq edərdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın azərbaycanlı hücumçusu Mahir Emreli deyib.

Polşa mətbuatına danışan millimizin forvardı iki ölkə çempionatı arasında fərqə toxunub. O, Polşanı seçməsinin səbəbini də izah edib: “Polşa çempionatı Azərbaycan Premyer Liqasından yüksək nüfuza malikdir. Daha çox potensial alıcıların maraqlandığı bir sərgi yeridir. “Legiya”ya keçmək qərarına gəlməyimin ilk səbəbi budur”.

Qeyd edək ki, Mahir Emreli bu yay “Legiya” ilə 3 illik müqavilə imzalayıb.