16:43 25-09-2021
news_image
122
FUTBOL

Bundesliqadan gedir - Kramariç

Almaniya “Hoffenhaym”ının futbolçusu Andrey Kramariç İspaniyada oynamağa qərar verib.

Apasport.az saytının məlumatına görə, xorvatiyalı hücumçu Bundesliqanı tərk etmək niyyətindədir.

Yayda müqaviləsi başa çatacaq forvard azad agent statusu alacaq. O, “Valansiya”ya keçə bilər.

La Liqa klubu Kramariçi pulsuz əldə etməyə razıdır. Xorvatiyalı da “yarasalar”ın formasını geyinmək arzusundadır.