14:18 25-09-2021
news_image
110
FUTBOL

Mbappeyə daha bir müştəri – İngiltərədən

Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçuya “Mançester Siti” də maraq göstərir.

Premyer Liqa klubu Mbappeni yayda heyətinə qatmaq istəyir. Müqaviləsi bitdikdən sonra azad agent olacaq futbolçuya cəlbedici müqavilə təklif olunacaq.

Mançesterlilər onu istənilən şərtlərlə heyətinə qatmağa hazırdır. Bunun üçün İngiltərə təmsilçisi İspaniya “Real”ı ilə mübarizə aparacaq.

Bu yay Kilianı transfer edə bilməyən Madrid nəhəngi forvardın keçidindən əl çəkməyib. Hər iki klub azad agenti əldə etmək üçün sonadək mübarizə aparmağa hazırdır.