16:00 25-09-2021
news_image
114
FUTBOL

Hücumçusunu “Borussiya” istəyir – “Mançester Yunayted”in

“Mançester Yunayted” hücumçusu Antoni Marsyalla mövsümün sonunda vidalaşmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, fransalı forvarda artıq bir klub “elçi düşüb”.

Dortmund “Borussiya”sı 26 yaşlı oyunçu ilə ön xəttini gücləndirmək niyyətindədir. Erlinq Halandı heyətində çox saxlaya bilməyəcəyini anlayan Bundesliqa təmsilçisi üçün Marsyal hücumçu mövqeyinə əsas namizədlərdəndir. Onun transfer dəyəri 45 milyon avroya bərabərdir.

Hücum xəttində kifayət qədər oyunçusu olan “Mançester Yunayted” rəhbərliyi də əsas heyətə düşməkdə çətinlik çəkən Marsyalın satışından qazanc götürmək istəyir.