15:31 25-09-2021
news_image
147
FUTBOL

İtaliyaya qayıdır? – Donnarumma

Fransanın PSJ klubunun italiyalı qapıçısı Canluici Donnarumma yenidən vətənində çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, heyətə düşməkdə çətinlik çəkən 22 yaşlı qolkiperin icarəyə verilməsi variantı nəzərdən keçirilir.

Onun xidmətində “Yuventus” maraqlıdır. Daha çox oynamaq istəyən Donnarumma da Parisi tərk etmək arzusundadır.

Qeyd edək ki, Canluici yetirməsi olan “Milan”la müqaviləsi başa çatdıqdan sonra bu yay PSJ-yə azad agent kimi keçib.