13:00 25-09-2021
news_image
157
FUTBOL

Yay Olimpiya Oyunları iddiasında - Rusiyanın 6 şəhəri

Rusiyanın 6 şəhəri 2036-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarını qəbul etməyə hazırdır.

Apasport.az saytının məlumatına görə, bunlar Rostov, Vladivostok, Perm, Novosibirsk, Soçi və Ufadır.

Bu şəhərlər Yay Olimpiya Oyunları üçün sifariş hazırlamaq niyyətindədir. Rostov və Vladivostok bununla bağlı işlərə start da verib.

Qeyd edək ki, bir müddət əvvəl Kazan, Novosibirsk, Sankt-Peterburq və Moskvanın da namizədliyi müzakirəyə çıxarılıb.