13:45 25-09-2021
news_image
419
FUTBOL

“Neftçi”də rəhbərliyin qərarına qarşı çıxdı – Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov yeni mükafatlandırma sisteminə qarşı çıxıb.

Apasport.az saytının məlumatına görə, o, indiki sistemin saxlanılmasına nail olub.

Bu isə hər oyuna görə ayrıca mükafatın təyin edilməsi deməkdir. Halbuki rəhbərlik mükafat fondunu optimallaşdırmaqla yanaşı, qarşıya qoyulan məqsədə çatmaq yolunda futbolçuları stimullaşdıırmaq niyyəti güdürdü.

Mahiyyətə gəlincə, rəhbərlik daha hər oyuna görə uduş təyin etmək niyyətində deyildi. Mükafatlandırmanın xal hesabına görə aparılması nəzərdə tutulurdu. Əgər Abasov razılaşsaydı, komanda həmin pulu 3-4 oyundan bir alacaqdı.

Bu matçlarda maksimum xal toplanarsa, məbləğ tam şəkildə ödəniləcəkdi. Abasov iddia edib ki, komanda yeni sistemə keçidə hazır deyil və dəyişiklik olarsa, futbolçuları qələbəyə motivasiya etmək çətinləşəcək. Sportinfo.az