17:43 25-09-2021
news_image
320
FUTBOL

Qovuldu - Sənan Qurbanov

Azərbaycan Premyer Liqasının V turunda "Keşlə" "Qarabağ"ı qəbul edir.

Apasport.az saytının məlumatına görə, matçın ilk yarısının sonlarında birincilər baş məşqçisiz qalıb.

Belə ki, "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov fasilə ərəfəsində texniki zonadan qovulub. 41 yaşlı çalışdırıcı kəskin etiraza görə, baş hakim Fərid Hacıyev tərəfindən ardıcıl iki sarı vərəqə aldıqdan sonra qırmızıya "layiq görülüb".

Qeyd edək ki, hazırda "Keşlə" 0:1 hesabı ilə geridədir.