20:12 25-09-2021
news_image

Hidayətdən qızıl medal – Qran-Pridə

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri davam edir.

Apasport.az saytının məlumatına görə, yarışa iki idmançı ilə qatılan Azərbaycan millisinin ilk təmsilçisi turnirin ikinci günündə tatami üzərinə çıxıb.

Hidayət Heydərov (73 kq) 1/16 finalda Yonatan Elbaz (İsrail), 1/8 finalda Petru Pelivan (Moldova), 1/4 finalda isə Aleksandru Raykuya (Rumıniya) qalib gəlib. O, yarımfinalda Maxmadbek Maxmadbekovu (Rusiya) məğlub edib.

Hidayət finalda Viktor Sterpu ilə üz-üzə gəlib. Cüdoçumuz Moldovadan olan rəqibini də üstələyərək qızıl medal qazanıb.

Qeyd edək ki, ikinci təmsilçimiz Məmmədəli Mehdiyev (90 kq) sabah mübarizəyə qoşulacaq.