23:26 25-09-2021
news_image
127
FUTBOL

Rekordunu yenilədi – “Mançester Siti”

İngiltərə Premyer Liqasının VI turunda “Çelsi”nin qonağı olan “Mançester Siti” öz rekordunu yeniləyib.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” 1:0 hesablı qələbə sayəsində buna nail olub.

Pep Qvardiolanın yetirmələri geridə qalan 6 matda qapısında cəmi 1 top görüb. Bu isə “Mançester Siti” tarixinin ən yaxşı göstəricisidir. Maraqlıdır ki, “Çelsi” bugünkü görüşdə, ümumiyyətlə, çərçivəyə zərbə vurmayıb.

Qeyd edək ki, hazırda Mançester təmsilçisi 13 xalla turnir cədvəlinə başçılıq edir.