16:25 26-09-2021
news_image
134
FUTBOL

Məşqlərə başladı – “Qarabağ”ın zədəliləri

“Qarabağ”ın zədəli futbolçuları məşqlərə başlayıb.

Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Uzun müddətdir hazırlıqlardan kənarda qalan Bədavi Hüseynov və Elvin Cəfərquliyev meydana dönüb. Onlar hələlik fərdi məşqlərə başlayıblar.

Futbolçuların bir müddət sonra kollektiv çalışmalara qatılacağı gözlənilir.