00:02 27-09-2021
news_image
86
FUTBOL

100-cü zəfər - Hamiltondan

Luis Hamilton “Formula-1”də 100-cü qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, bu, Rusiya Qran-Prisində baş verib.

Böyük britaniyalı “Formula-1”in mərhələlərində 100 qələbə qazanan ilk pilot kimi tarixə düşüb. Mixael Şumaxer 91, Sebastyan Fettel 53, Alen Prost 53, Ayrton Senna 51 dəfə belə uğur əldə edib.

Luisin ilk uğuru 2007-ci ilə təsadüf edib. O, debüt mövsümündə Kanada Qran-Prisində finişə birinci çatıb. Həmin vaxt “Maklaren” sükanı arxasında olan Hamilton karyerasındakı 15 mövsümün hərəsində heç olmasa 1 dəfə qalib olub.