00:37 27-09-2021
news_image
100
FUTBOL

Mbappe “Real”a gəlir – Peres söz verdi

İspaniya “Real”ının prezidenti Florentino Peres Killian Mbappeni heyətə qatacağına söz verib.

Apasport.az saytının məlumatına görə, bu, La Liqanın VII turunun “Vilyarreal”la matçından sonra gerçəkləşib.

0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra azarkeşlərdən biri qaçaraq özünü Peresin maşınına çatdırıb. O, klub rəhbərindən Mbappeni gətirməyi xahiş edib. Peres fanata söz verib ki, Fransa millisinin və PSJ-nin ulduz hücumçusu gələn yay “Real”da olacaq.

Qeyd edək ki, Mbappenin Paris təmsilçisi ilə müqaviləsi gələn ilin yayında bitəcək.