19:37 26-09-2021
news_image
178
FUTBOL

"Sumqayıt"da itki - millimizin müdafiəçisi zədələndi

“Sumqayıt” itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi müdafiəçi Elvin Bədəlovu itirib.

Bu, Premyer Liqanın V turunda “Qəbələ” ilə matçda baş verib. 19-cu dəqiqədə zədələnən millimizin üzvü meydanı digər futbolçuların köməkliyi ilə tərk edib. Mübarizəni davam etdirə bilməyən Bədəlovu Eltun Turabov əvəzləyib.

Qeyd edək ki, hazırda birinci hissəsi gedən “Sumqayıt” – “Qəbələ” oyununda hesab açılmayıb.