09:15 27-09-2021
news_image
171
FUTBOL

Azərbaycanla oyuna gəlməyəcək – İrlandiya yığmasının kapitanı

İrlandiya millisi kapitanı Şeymus Koulmanın xidmətindən məhrum qalıb.

Apasport.az saytının məlumatına görə, “Everton”un müdafiəçisi DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı oyunda iştirak edə bilməyəcək.

Yığmamızla son matçda zədə alan 33 yaşlı futbolçu sağalsa da, klubunun məşqi zamanı yenidən ayağından xəsarət alıb. “Everton”un baş məşqçisi Rafael Benites müdafiəçinin beynəlxalq oyunlar üçün yığmanın düşərgəsinə yollanmayacağını açıqlayıb.

Qeyd edək ki, İrlandiya yığması oktyabrın 9-da Bakı Olimpiya Stadionunda millimizin qonağı olacaq. Bundan üç gün sonra isə irlandlar Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.