09:20 27-09-2021
news_image
84
FUTBOL

“Çempion olmaq istəyirik” – Sabir Buqrin

“Yaxşı çıxış etdik, amma daha da yaxşı oyun nümayiş etdirə bilərik”.

Apasport.az-ın məlumatına görə, bunu “Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin klubun rəsmi saytına açıqlamasında deyib.

Premyer Liqanın V turunun “Sabah”la oyununda (2:1) rəqib qapısına vurulan ilk qol haqda danışan mərakeşli futbolçu ötən mövsüm olduğu kimi, komandanın yenə çempion olmaq istədiyini bildirib: “Komandamıza inanıram. Düzdür, matçın sonu gərgin və riskli idi, amma əsas odur ki, 3 xal qazandıq. Hesabı açdığımız epizoda gəlincə, bu tam olaraq Ramonun qoludur. Hərdən düşünürəm ki, onun bədənində maqnit var və bütün topları öz üzərinə çəkir. Ona görə çox şadam. Ötən mövsüm olduğu kimi, yenə də çempion olmaq istəyirik. Fikrimcə, bunun öhdəsindən gələ bilərik”.

Qeyd edək ki, “Neftçi” hazırda 10 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.