10:51 27-09-2021
news_image
93
FUTBOL

Pedro tarixinə düşdü - Roma derbisinin

İspaniya millisinin sabiq futbolçusu Pedro Roma derbisinin tarixinə düşüb.

Apasprot.az saytının məlumatına görə, yarımmüdafiəçi “Roma” və “Latsio” arasında oyunlarda hər iki komandanın heyətində qol vurmağı bacarıb.

Hazırda “Latsio”da çıxış edən Pedro A seriyasının oyununda (3:2) qol sevinci yaşayıb. Bu ilin avqustunda “Roma”nı “Latsio”ya dəyişən 34 yaşlı futbolçu paytaxtın eyniadlı təmsilçisində də qol vurmağı bacarıb.

Pedro derbi tarixində 3-cü belə oyunçudur. Maraqlıdır ki, onlardan heç biri italiyalı deyil.

İsveçli Arne Selmosson ötən əsrin 50-ci illərində fərqlənib. Hazırda “İnter”də çıxış edən serbiyalı Aleksandr Kolarov da hər iki komandada qol vurmağı bacarıb.